Yuxarı
    Bağlamaq

    Fransua Olland: "Dağlıq Qarabağda mövcud status-kvo qəbuledilməzdir"

    Uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür

    "Uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür"

    Bakı. 15 mart. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ məsələsi haqqında danışdıq və bildirdik ki, mövcud status-kvo qəbuledilməzdir. Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük".

    "Report" xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland martın 14-də Parisdə azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirib.

    "Biz danışıqların yenidən bərpa olunmasını arzulayırıq. Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür. Hesab edirik ki, hər dəfə sülhə töhfəmiz beynəlxalq səviyyədə həyata keçirmək istədiyimiz fəaliyyətin və qurmaq istədiyimiz münasibətlərin məğzidir. Xüsusilə də gərginliklər olanda və hazırda Avropa ilə Türkiyə arasında olan vəziyyətdə. Bizim rolumuz aydın şəkildə bildirməkdir ki, nəyi qəbul edirik, nəyi qəbul etmirik. Avropa ilə Türkiyə arasında olan münasibətlərin sabitləşməsi üçün də töhfəmizi verməliyik. Digər mövzularda olduğu kimi, bu mövzu ilə də bağlı dialoqu təşviq etməliyik", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi