Fransanın XİN başçısı Yerevanda Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Fransanın XİN başçısı Yerevanda Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib Bakı. 28 may. REPORT.AZ/ Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində irəliləyişə imkan verəcək istənilən qərarı dəstəkləməyə hazırdır.
Qarabağ
28 May , 2018 17:26
Fransanın XİN başçısı Yerevanda Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Bakı. 28 may. REPORT.AZ/ "Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində irəliləyişə imkan verəcək istənilən qərarı dəstəkləməyə hazırdır."

"Report"un "Sputnik"ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan XİN-də keçirilən brifinqdə Fransanın xarici işlər naziri Jan-iv Le Drian bildirib.

Fransa XİN rəhbəri Ermənistana bu gün, mayın 28-də gəlib. O, həmçinin Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikolo Paşinyanla görüşlər keçirəcək.

"Mən dünən demişəm və bu gün də deyirəm: "Fransa əmindir ki, Qarabağ münaqişəsini güc yolu ilə həll etmək mümkün deyil", - Le Drian deyib.

Onun sözlərinə görə, nə status-kvo, nə güc variantı münaqişənin həll yolu deyil: "Sülh yolu ilə həllin alternativi yoxdur, məsələyə praqmatik və kreativ yanaşmaq lazımdır."

Xatırladaq ki, mayın 27-də Le Drian Bakıda səfərdə olarkən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı müzakirə aparıb.

Son xəbərlər

Orphus sistemi