Yuxarı
    Bağlamaq

    Andre Reyşar: “Fransa Senatında Azərbaycan və Ermənistan deputatlarının görüşü planlaşdırılır”

    Görüşün vaxtı hələlik məlum deyil© Report.az

    Bakı. 13 mart. REPORT.AZ/ “Yaxın gələcəkdə Fransa Senatında Azərbaycan və Ermənistan parlamentinin deputatlarının görüşünün keçirilməsi planlaşdırılır”.

    “Report” xəbər verir ki, bunu Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Azərbaycan Milli Məclisində keçirdiyi brifinqdə bildirib.

    Onun sözlərinə görə, Fransa Senatının sədri ilə görüş olub və onun bu məsələdəki müsbət rəyi alınıb: “Hesab edirik ki, bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu, hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar”.

    A.Reyşar deyib ki, parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilmişdi: “Lakin görüş baş tutmamışdı. Əsas gözləntimiz dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilməsidir. Münaqişə Azərbaycanda stabilliyə çox mənfi təsir göstərir. Bu da regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativ halların aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi