Yuxarı

Federika Mogerini: "Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir"

Aİ komissarı Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Federika Mogerini Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan ilə görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüşdə onlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin tənzimlənməsindən danışıblar.

F.Mogerini Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Avropa İttifaqının ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində baş tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi