Yuxarı
    Bağlamaq

    Ermənistanın təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçusu şəhid olub

    Bu, kiçik çavuş Qafarov Fuad Fərhad oğludur

    Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən, atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi