Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutub, ordumuz şəhid verib

Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutub, ordumuz şəhid verib Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub
Qarabağ
30 İyul , 2017 11:16
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutub, ordumuz şəhid verib

Bakı. 30 iyul. REPORT.AZ/ İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

"Report" Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Müdafiə Nazirliyi bir daha bəyan edir ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görüləcəkdir.

Son xəbərlər

Orphus sistemi