Yuxarı
    Bağlamaq

    Ermənistan ordusunun hərbi hissələrindən birində partlayış olub, xeyli sayda ölən və yaralanan var

    Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib. 

    "Report"un məlumatına görə, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar. 

    Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib.

    Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib.

    Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. 

    Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi