Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstanda dövlət qeydiyyatından keçib

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstanda dövlət qeydiyyatından keçib Bakı. 7 avqust. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçərək, qeyri-kommersiya hüquqi şəxs statusunu alıb.
Qarabağ
7 Avqust , 2018 09:09
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstanda dövlət qeydiyyatından keçib

Bakı. 7 avqust. REPORT.AZ/ Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçərək, qeyri-kommersiya hüquqi şəxs statusunu alıb.

Bu barədə "Report"a Sülh Platformasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2017-ci ildə Ermənistan-Azərbaycan Sülh Platformasının bazasında yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyin təşkili, Ermənistan və Azərbaycan hökumətlərinin Ermənistan və Azərbaycan arasında ədalətli sülhün yaradılması və dəstəklənməsinə yönələn fəaliyyətində dəstək vermək və regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhvə verməyə hazır olan hər kəsə şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi