Yuxarı

Ermənilərin ​Şuşa yaxınlığında Azərbaycanın "Mi-8" sərnişin helikopterini vurmasından 24 il ötür

Erməni separatçılarının helikopteri vurulması nəticəsində əksəriyyəti qadın və uşaqlar olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub

Bakı. 28 yanvar. REPORT.AZ/ Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə sərnişin daşıyan mülki helikopterin ermənilər tərəfindən vurulmasından bu gün 24 il ötür.

"Report" xatırladır ki, 1992-ci il yanvarın 28-də erməni separatçılarının helikopteri vurulması nəticəsində əksəriyyəti qadın və uşaqlar olan 41 nəfər sərnişin və 3 ekipaj üzvü həlak olub.

Helikopter Xankəndi istiqamətindən Şuşanın Xələfli kəndi yaxınlığında qumbaraatanla vurulub.

Qeyd edək ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" helikopterini vurması nəticəsində Azərbaycanın bir çox dövlət rəsmiləri, ictimai-siyasi xadimləri həlak olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi