Yuxarı
    Bağlamaq

    Ermənilərin atəşə tutduğu kombayna 11 güllə dəyib - VİDEO

    © Report

    Füzuli. 29 may. REPORT.AZ/ Ermənistan silahlı bölmələri tərəfindən atəşə məruz qalan kombayna 11 güllə dəyib.

    "Report"un Qarabağ bürosu xəbər verir ki, mayın 29-da səhər saatlarında ermənilər Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən atəşəkəsi pozub. Bu zaman taxıl sahəsində biçin işlərini aparan, rayonun Əbdülrəhmanlı kənd sakini Taleh Kamandar oğlu Həsənovun idarə etdiyi kombayn atəşə məruz qalıb.  

    Xəsarət alan olmasa da, kənd təsərrüfatı texnikasına ciddi ziyan dəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi