Ermənilər Azərbaycan ordusunun mövqelərinə 80 mərmi atıb, düşmən atəşkəsi 144 dəfə pozub

Ermənilər Azərbaycan ordusunun mövqelərinə 80 mərmi atıb, düşmən atəşkəsi 144 dəfə pozub Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb
Qarabağ
2 Mart , 2017 09:51
Ermənilər Azərbaycan ordusunun mövqelərinə 80 mərmi atıb, düşmən atəşkəsi 144 dəfə pozub

Bakı. 2 mart. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.

Son xəbərlər

Orphus sistemi