Yuxarı
    Bağlamaq

    Ermənilər atəşkəsi 125 dəfə pozub

    Düşmən tərəfi 33 mərmi atıb

    Bakı. 4 mart. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 82 millimetrlik minaatanlardan da (cəmi 33 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinari kəndində yerləşən mövqelərdən Gədəbəy və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə və Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    İşğal altında olan Ağdam rayonunun Mərzili və Füzuli rayonunun Qorqan kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi