Erməni tarixçi: “Rusiya artıq bizi nəzərə almır”

Erməni tarixçi: “Rusiya artıq bizi nəzərə almır” Gevork Yazıçıyan: “Türkiyə ilə Rusiya maraqlarının üst-üstə düşməsi Ermənistanı Qarabağ ətrafındakı əraziləri qaytarmağa vadar edər”
Qarabağ
21 Aprel , 2017 19:55
Erməni tarixçi: “Rusiya artıq bizi nəzərə almır”

Bakı. 21 aprel. REPORT.AZ/ “Rusiyaya verməyə heç nəyimiz olmadığından bizi nəzərə almır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu erməni tarixçi Gevork Yazıçıyan aprelin 21-də Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

“Türkiyə ilə Rusiya maraqlarının üst-üstə düşməsi Ermənistanı Qarabağ ətrafındakı əraziləri qaytarmağa vadar edər. Bunun əvəzində Rusiya Azərbyacandan yəqin nə isə alacaq. Məsələn, Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyər. Əgər “Türk axını” həyata keçsə, o zaman Rusiyanın Türkiyədən daha çox istəkləri olacaq. Onlar bizi artıq nəzərə almırlar. Biz onlar üçün artıq faktor deyilik”, - Gevork Yazıçıyan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi