Yuxarı
    Bağlamaq

    Erməni hərbi qulluqçu vəhşicəsinə döyülüb, xəstəxanaya yerləşdirilməsinə icazə verilməyib

    Artur Bağdasaryanın sağalana qədər valideynləri ilə görüşməsinə də imkan verilmir

    Bakı. 28 avqust. REPORT.AZ/ Ermənistanın hərbi qulluqçusu Artur Bağdasaryan vəhşicəsinə döyülüb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, avqustun 27-də Azərbaycanın erməni işğalı altındakı Ağdərə rayonu istiqamətində yerləşən düşmən ordusunun təlim mərkəzində insident baş verib. 

    Nəticədə poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb. Onun üzərində çoxlu sayda döyülmə izi olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, komandiri tərəfindən hospitala yerləşdirilməsinə icazə verilməyib və baş vermiş hadisənin gizlədilməsi üçün lazımi tədbirlər görülüb. Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun sağalana qədər valideynləri ilə görüşməsinə də imkan verilmir.

    Qeyd edək ki, Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə yerləşən hissələrində son iki ay ərzində 10-dan çox nizamnamədənkənar münasibətlər zəminində cinayət hadisəsi baş verib. Belə hadisələr zaman ən çox xəsarət alanlar isə gənc əsgərlər, xüsusilə də Ermənistandan Qarabağa gətirilənlərdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi