Erməni helikopterini vuran azərbaycanlı hərbçi: "Helikopterlər postlarımıza zərbə endirirdilər"

Erməni helikopterini vuran azərbaycanlı hərbçi: "Helikopterlər postlarımıza zərbə endirirdilər" "Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım"
Qarabağ
19 Noyabr , 2014 15:46
Erməni helikopterini vuran azərbaycanlı hərbçi: Helikopterlər postlarımıza zərbə endirirdilər

Bakı. 19 noyabr. REPORT.AZ/ "Mən start mövqeyində hazır dayanmışdım. Əvvəlcə uzaqdan düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binokldan müşahidə etdik. Gördük iki Mi-24 tipli helikopter düz üstümüzə gəlir. Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfi məhv edək".

"Report"un məlumatına görə, bunu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində deyib.

"Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım" - deyə, İ.Muradov əlavə edib.

Son xəbərlər

Orphus sistemi