Yuxarı
    Bağlamaq

    Ərdoğan: "Azərbaycanın ərazi bütövlüyü Cənubi Qafqazda sabitliyin açarıdır"

    Ona görə biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha çox işləməliyik

    Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü Cənubi Qafqazda regional sabitliyin açarıdır".

    "Report" xəbər verir ki, bunu Türkiyə prezidenti çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

    "Ona görə biz Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli istiqamətində daha çox işləməliyik. Biz unutmamalıyıq ki, bu gün məhəl qoymadığımız hər bir böhran, sabah qlobal miqyas ala bilər", - deyə Türkiyə prezidenti bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi