Yuxarı
    Bağlamaq

    Dövlət Departamenti: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinə sadiqdir

    Departament ATƏT-in Minsk qrupuna yeni həmsədrin təyin olunduğunu rəsmən elan edib

    Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Endryu Şefferin ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupuna yeni həmsədr təyin olunduğunu rəsmən elan edib.

    "Report" xəbər verir ki, bu barədə Departamentin rəsmi nümayəndəsi Hizer Noyertin bəyanatında bildirilir.

    "ABŞ Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir... Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır", - deyə H.Noyert bildirib.

    Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini bu gün qüvvəyə minən təyinat barədə məlumatlandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi