Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağdakı separatçı rejimin iki tankı minaya düşüb - VİDEO

    Partlayış nəticəsində tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub

    Bakı. 21 iyul. REPORT.AZ/ Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb. "Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb. Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub. Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib. Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi