Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağda Ermənistan hərbçisi müəmmalı şəkildə ağır yaralanıb

    Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanın işğalı altında saxlanılan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni hərbçisi müəmmalı şəkildə yaralanıb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artrun Ovannisyan bildirib.

    İnformasiyaya əsasən, əsgər Ernest Ovanisyan ötən həftə Yerevanın Nor Nork rayonundan hərbi xidmətə çağırılıb.

    Hadisə ilə bağlı araşdırma aparılır. Ermənistan ordusunun yaralı hərbçisi hospitala yerləşdirilib. Onun vəziyətinin ağır olduğu bildirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi