Yuxarı
    Bağlamaq

    ​Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

    ABŞ-ın dövlət katibi iki ölkə lideri ilə, həmçinin ikitərəfli münasibətləri müzakirə edib

    Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri bazar ertəsi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan ilə telefon söhbəti edib və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edib.

    "Report" xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

    "Onlar söhbət zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsində barışığa ciddi riayət etməsini və hərtərəfli nizamlanma üzrə danışıqlara başlamağı müzakirə ediblər", — deyə o bildirib.

    Onun sözlərinə görə, Kerri iki ölkə lideri ilə, həmçinin ikitərəfli münasibətləri müzakirə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi