Yuxarı

Çin Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb

XİN ATƏT-in MQ-nin konstruktiv rol oynayacağına ümidvar olduğunu bildirib

Bakı. 18 noyabr. REPORT.AZ/ "Biz ümid edirik ki, münaqişənin bütün tərəfləri sakitliyi saxlaya biləcək və vəziyyətin gərginləşməsinə yol verməmək və məsələni sülh yolu və dialoqlar vasitəsilə həll etmək üçün təmkinli ola biləcəklər". "Report" xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Çin XİN-inin nümayəndəsi Xun Ley noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində insidenti şərh edərkən bildirib. 

"Biz həmçinin ATƏT-in Minsk qrupunun bu istiqamətdə konstruktiv rol oynayacağına ümid edirik" - deyə, X.Ley bəyan edib. 

Qeyd edək ki, helikopterin vurulması hadisəsi ilə bağlı noyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, həmin gün saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi