Yuxarı

Ceyms Uorlik: "Dağlıq Qarabağla bağlı qəfil sıçrayış gözləmək lazım deyil"

Biz nizamlanma prosesinin illərlə uzanmayacağına ümid edirik

Bakı. 11 sentyabr. REPORT.AZ/ ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərlə uzanmayacağına ümid edir.

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

"Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək, amma, əlbəttə ki, bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil. Danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir. Lakin bizim irəliyə getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələdə iştirak edirlər.

Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra nizamlanacağını əvvəlcədən söyləyə bilmərəm, amma prezidentlər irəliləmək üçün siyasi iradə nümayiş etdirsələr, nizamlanmanın bütün elementləri hazırdır", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi