Cəbhədə Ermənistana məxsus PUA vurulub - FOTO

Cəbhədə Ermənistana məxsus PUA vurulub - FOTO "X-55" taktiki pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərirmiş
Qarabağ
2 Mart , 2017 18:07
Cəbhədə Ermənistana məxsus PUA vurulub - FOTO

Bakı. 2 mart. REPORT.AZ/ Cəbhədə Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Son xəbərlər

Orphus sistemi