Yuxarı
    Bağlamaq

    Qarakənd faciəsindən 25 il ötür

    Faciədən 25 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib

    Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" vertolyotunun erməni silahlı dəstələri tərəfindən vurulmasından 25 il ötür.

    "Report" xatırladır ki, hadisə 1991-ci il noyabrın 20-də baş verib.

    Hadisə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

    Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

    İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

    Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

    Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

    Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

    Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

    Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

    Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

    İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru

    Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

    Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

    Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

    Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

    Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

    Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

    Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

    Alı Mustafa oğlu Mustafayev – telejurnalist

    Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

    Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

    Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

    Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

    Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

    Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

    Faciədən 25 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

    Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi