Yuxarı

Brüsseldə “Qarabağda üç nəsil, bir soyqırım” adlı fotosərgi və konfrans keçirilib

Brüsseldən sonra isə Avropanın bir sıra paytaxtlarında eyniadlı fotosərgi və konfranslar təşkil olunacaq

Bakı. 24 noyabr. REPORT.AZ/  Brüssel Azad Universitetində “Azərbaycan-Belçika Dostluq Cəmiyyəti”nin təşəbbüsü və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Qarabağda üç nəsil, bir soyqırım” adlı konfrans və fotosərgi keçirilib. Bu barədə "Report"a Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

“Qarabağda üç nəsil, bir soyqırım” adlı fotosərgi və konfrans təşkil etmək ideyası Türkiyə parlamentinin deputatı Sinan Oğanın rəhbərlik etdiyi TÜRKSAM-a (Uluslararası İlişkiler ve Stratejik Analizler Merkezi) məxsusdur və Brüsseldən öncə Ankarada təşkil olunub. Brüsseldən sonra isə Avropanın bir sıra paytaxtlarında eyniadlı fotosərgi və konfranslar təşkil olunacaq.

Universitetin foyelərindən birində təşkil olunmuş fotosərgi ali təhsil ocağının çoxmillətli tələbə auditoriyasına fotoqrafların gözü ilə erməni terrorçuları tərəfindən törədilmiş vəhşiliklərlə yaxından tanış olmağa imkan yaradıb.

Konfransda çıxış edənlər - səfir Fuad İsgəndərov, Türkiyənin Belçikadakı səfiri M.H.Olcay, millət vəkili, TÜRKSAM-ın rəhbəri Sinan Oğan və TÜRKSAM-ın ekspertləri XX əsrdə erməni terrorçuları tərəfindən Azərbaycan və Türkiyə xalqlarına qarşı yaxın keçmişdə törədilmiş vəhşiliklərdən söz açıb, bu acı həqiqətlərlə bağlı dünyanın müxtəlif bölgələrində yaşayan türk əsilli insanların məlumatlandırılması və bu həqiqətlərin gələcək nəsillərə ötürülməsi üçün bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi