Yuxarı
    Bağlamaq

    Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - YENİLƏNİB

    Görüşün detalları barədə mətbuata açıqlama veriləcək

    Bakı. 11 iyul. REPORT.AZ/ Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü başa çatıb.

    "Report"un məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Tiqran Balayan "Twitter" səhifəsində yazıb. 

    O, bildirib ki, nazirlərin görüşü yekunlaşıb. Ermənistanın XİN rəsmisi görüşün detalları barədə mətbuata açıqlama veriləcəyini bildirib.


    ***22:07

    Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilir.

    "Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan "Twitter" səhifəsində məlumat yayıb.

    Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.

    Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusudur.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi