Yuxarı

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ATƏT-in MQ həmsədri ilə görüşüb

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Bakı. 18 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ATƏT-in Minsk qrupunun (MQ) fransalı həmsədri Pyer Andre ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabaq münaqişəsinin həlli üzrə danışıq prosesinin cari vəziyyəti müzakirə olunub. 

Xatırladaq ki,  oktyabr ayının sonunda britaniyalı nazir ATƏT-in MQ amerikalı həmsədri Ceyms Uorlik ilə də görüşüb. Noyabrın əvvəlində D.Lidinqton Ermənistan və Azərbaycana səfər edib. Görüş zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi