Yuxarı
    Bağlamaq

    Bolqarıstan nümayəndəsi: "Dialoqla münaqişələrin həllinə nail ola bilərik"

    Bolqarıstan nümayəndəsi Desislava Atanasova

    Bakı. 13 mart. REPORT.AZ/ “Dialoqla münaqişələrin həllinə nail ola bilərik. Ümumiyyətlə, millətlərə, dinlərə qarşı dözümlülük göstərmək lazımdır. Mədəni sahədə də əlaqələri gücləndirmək lazımdır”.

    “Report”un xəbərinə görə, bunu Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransı çərçivəsində etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği ilə bağlı keçirilən panel iclasında Bolqarıstanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Desislava Atanasova deyib.

    O bildirib ki, insanların dilləri, dinləri fərqli ola bilər: “Təmas nöqtələri tapmağa çalışmalıyıq. Avropa, Asiya dövlətləri birlikdə çalışmalıdır. Dinlərarası anlaşma mühüm məsələdir. Düşünürəm ki, ATƏT bu cür layihələri dəstəkləyər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi