Yuxarı
    Bağlamaq

    Beynəlxalq Diaspor Mərkəzi Alxanlı kəndindəki hadisə ilə bağlı bəyanat yayıb

    Bəyanatda isanlıqdan nəsibini almayan Ermənistan hakimiyyətinın bu qanlı hadisənin bütün xalqı hiddətləndirdiyi qeyd olunub

    Bakı. 6 iyul. REPORT.AZ/ Beynəlxalq Diaspor Mərkəzi iyulun 4-də ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın faciəvi ölümü ilə bağlı bəyanat yayıb. 

    Mərkəzdən "Report"a verilən məlumata görə, bəyanatda isanlıqdan nəsibini almayan Ermənistan hakimiyyətinın bu qanlı hadisənin bütün xalqı hiddətləndirdiyi qeyd olunub. 

    Bildirilir ki, ATƏT-in Minsk qrupunun eləcə də aparıcı beynəlxalq təşkilatların ədalətsiz yanaşmasının nəticəsidir ki, bu gündə Ermənistan yüz ildən artıqdır xalqımıza qarşı apardığı soyqırımın bu gündə davamı olaraq yenə də amansızlıqla qocaları, qadınları, uşaqları qətlə yetirməkdən, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini hədəfə almaqdan çəkinmir. Bütün beynəlxalq hüquq normalarını, konvensiyaları pozan ermənistana qarşı heç bir tədbirin görülməməsi Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin və işğalçı dövlətə qarşı birbaşa dəstəyin sübutudur.

    Beynəlxalq Diaspor Mərkəzi ATƏT həmsədrlərindən, BMT Təhlükəsizlik Şurasının üzvlərindən işğalçi Ermənistanın dinc əhaliyə qarşı törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edib, həmçinin bu hadisələrə görə Ermənistan rəhbərliyinə qarşı sanksiyaların tətbiq olunmasına çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi