Yuxarı
    Bağlamaq

    Baş həkim: "Bərdə xəstəxanasına bir nəfərin cəsədi, iki yaralı gətirilib" - FOTO - VİDEO

    Tərtər rayon Şıxlar kənd sakini İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır

    Bakı. 2 aprel. REPORT.AZ/ Ermənilərin atəşkəsi pozması nəticəsində 1 nəfər Tərtər sakini dünyasını dəyişib, 2 nəfər yaralanıb. Bunu "Report"a açıqlamasında Bərdə Mərkəzi Rayon Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayeva bildirib. 

    O qeyd edib ki, bu gün səhər saatlarında xəstəxanaya qəlpə yarası alan iki nəfər Tərtər sakini yerləşdirilib: "Tərtər rayon Şıxlar kənd sakini,1958-ci il təvəllüdlü İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır, ona baldır sümüyünün sınığı diaqnozu qoyulub, xəstə gövdə, aşağı və yuxarı ətraflardan qəlpə yaraları alıb və qan itirib. Tərtərin Qaradağlı kənd sakini, 1990-cı il təvəllüdlü, Ramin Rafiq oğlu Əhmədovun isə vəziyyəti normaldır, ona burunun əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Tərtərin Cəmilli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Valeri oğlu Rəhimovun isə xəstəxanaya cəsədi daxil olub".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi