Baş həkim: "Bərdə xəstəxanasına bir nəfərin cəsədi, iki yaralı gətirilib" - FOTO - VİDEO

Baş həkim: "Bərdə xəstəxanasına bir nəfərin cəsədi, iki yaralı gətirilib" - FOTO - VİDEO "Tərtər rayon Şıxlar kənd sakini İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır"
Qarabağ
2 Aprel , 2016 13:50
Baş həkim: Bərdə xəstəxanasına bir nəfərin cəsədi, iki yaralı gətirilib - FOTO - VİDEO

Bakı. 2 aprel. REPORT.AZ/ Ermənilərin atəşkəsi pozması nəticəsində 1 nəfər Tərtər sakini dünyasını dəyişib, 2 nəfər yaralanıb. Bunu "Report"a açıqlamasında Bərdə Mərkəzi Rayon Xəstəxanasının (RMX) baş həkimi Rəna Mustafayeva bildirib. 

O qeyd edib ki, bu gün səhər saatlarında xəstəxanaya qəlpə yarası alan iki nəfər Tərtər sakini yerləşdirilib: "Tərtər rayon Şıxlar kənd sakini,1958-ci il təvəllüdlü İsa Əli oğlu Əhmədovun vəziyyəti ağırdır, ona baldır sümüyünün sınığı diaqnozu qoyulub, xəstə gövdə, aşağı və yuxarı ətraflardan qəlpə yaraları alıb və qan itirib. Tərtərin Qaradağlı kənd sakini, 1990-cı il təvəllüdlü, Ramin Rafiq oğlu Əhmədovun isə vəziyyəti normaldır, ona burunun əzilmiş-cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Tərtərin Cəmilli kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Valeri oğlu Rəhimovun isə xəstəxanaya cəsədi daxil olub".

Son xəbərlər

Orphus sistemi