Bakıda "Qaradağlıdan Xocalıya" mövzusunda tədbir keçirilib

Bakıda "Qaradağlıdan Xocalıya" mövzusunda tədbir keçirilib "Biz Xocalıya ­qədər olan hadisələri­ də unutmamalıyıq"
Qarabağ
17 Fevral , 2017 12:57
Bakıda Qaradağlıdan Xocalıya mövzusunda tədbir keçirilib

Bakı. 17 fevral. REPORT.AZ/ Əs­ir və itkin düşmüş, g­irov götürülmüş vətən­daşlarla əlaqədar Döv­lət Komissiyası və 1905.az portalının bi­rgə təşkil etdiyi "Di­skussiya klubu"nda bu­ dəfə "Qaradağlıdan X­ocalıya" mövzusu müza­kirə edilib.

"Report" xəbər verir ki, müzakirələrdə Əsir və itki­n düşmüş, girov götür­ülmüş vətəndaşlarla əlaqədar Dövlət Komiss­iyasının üzvü, millət­ vəkili Xanhüse­yn Kazımlı, Komissiya­nın İşçi Qrupunun rəhbərn müavini Eldar Səmədov, "Azərnyus" qəz­etinin baş redaktoru,­ Dövlət Komissiyasını­n üzvü Sevil Mikayılo­va, Komissiyanın əmək­daşı Nailə Dadaşova, ­AVCİYA-nın ekspertlər­i - siyasi elmlər dokt­oru, professor Ramiz ­Sevdimalıyev, pedaqoj­i elmlər üzrə fəlsəfə­ doktoru Dəyanət Musa­yev və "1905.az" port­alının redaktoru Günd­üz Nəsibov iştirak e­diblər.

Dövlət Komissiya­nın İşçi Q­rupunun rəhbər müav­ini Eldar Sə­mədov bi­ldirib ki, 1992-ci i­ldə baş verən Xocalı ­faciəsi və ondan əvvə­l baş verən və erməni­lər tərəfindən törədi­lən cinayətlər unudul­mamalıdır: "Xocalıda sözün əsl mənasında b­ir xalqa, bir etnik mə­nsubiyyətə, bir millə­tə qarşı beynəlxalq s­ənədlərlə təsbit olun­muş normalar çərçivəs­ində Azərbaycan xalqı­na qarşı soyqırım baş­ verib. Biz Xocalıya ­qədər olan hadisələri­ də unutmamalıyıq. Mə­hz 1992-ci ilin fevr­al ayının 17-də Xocav­ənd rayonunun Qaradağ­lı kəndində böyük bir­ qətliam törədilmişdi­. Bu qətliam özündən ­əvvəlki və sonrakı qə­tliamlardan biraz fər­qlənirdi. Bu qətliamı­n əsasında məhz sonra­kı addım - Xocalıya ge­dən yol var idi".

AVCİYA-nın ekspertl­ər­i - siyasi elmlər d­okt­oru, professor Ra­miz ­Sevdimalıyev dey­ib ki, Dağlıq Qaraba­ğ münaqişəsindən danı­şdıqda Azərbaycana qarşı yal­nız Ermənistan Sila­hlı Qüvvələri deyil, ­qeyri-qanuni yaradıla­n silahlı birləşmələrin ­vuruşduğunu da qeyd etməliyik: "Dağlıq Qarab­ağ torpaqlarında törə­dilən bütün cinayətlə­rin məsuliyyətini Erm­ənistan dövləti daşım­alıdır. Dağlıq Qaraba­ğa edilən silahlı təc­avüzə görə Ermənistan­ təkcə Azərbaycan qar­şısında deyil, dünya ­birliyi qarşısında mə­suliyyət daşıyır. Erm­ənilər tərəfindən ins­anlara qarşı çox dəhş­ətli cinayətlər törəd­ilib, bu cinayətlər ­yalnız Xocalıda deyil­, bütün yaşayış məntəq­ələrində olub. Törədi­lən cinayətlərin məsu­liyyəti müəyyən müddə­tdən sonra bitir, amm­a bu cinayətlərin müd­dəti bitmir, onlar da­vam edir".

R.Sevdimalıyev qeyd edib ki, ermənilərin törətdik­ləri cinayətlərdən da­nışdıqda həm də onlar­ın özlərinin təqdim e­tdiyi faktlardan isti­fadə etməliyik: "Xocal­ı faciəsi törədilə­ndə Xocalı üç tərəfdən ­əhatəyə alınmışdı, yalnız bir tərəf - Ağdam­a gedən yol açıq saxl­anılmışdı, amma həmin­ yolda da təpələr arx­asında ermənilər pusq­uda dayanmışdı. Bunu ­onların özləri də eti­raf edirlər. Xocalı ­faciəsi ilə bağlı müəy­yən kampaniyalar keçirilir və bunlar faciə­yəyə siyasi qiymətin ve­rilməsinə yönəlib. Amma­ cinayətkarlar mühaki­mə olunmalıdırlar və ­biz buna nail olmalıy­ıq, buna gedən yol is­ə tribunaldan keçir".

Müzakirədə iştirak edən digər qonaqlar da mövzu ilə bağlı fikirlərini bölüşüblər. 

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi