Yuxarı
    Bağlamaq

    Azərbaycanın iki şəhidi torpağa tapşırılıb - ƏLAVƏ OLUNUB

    Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər

    Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu bu gün Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb.

    “Report” xəbər verir ki, şəhidin dəfn mərasimi Qobu qəsəbəsində keçirilib.

    Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin hərbçi yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

    Şəhid əsgərin ruhuna dualar oxunub.

    Qeyd edək ki, Ə.Heydərov 1997-ci ilin may ayının 10-da anadan olub. Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

    ***

    Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, kapitan Nəcməddin Savalanov bu gün İmişli rayonunda torpağa tapşırılıb.

    “Report” xəbər verir ki, şəhid zabitimizin doğulduğu Göbəktala kəndində dəfn mərasimi keçirilib.

    Mərasimdə rayon icra hakimiyyətinin rəsmiləri, müxtəlif idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhidin zabit və əsgər yoldaşları, doğmaları ilə yanaşı rayon ictimaiyyəti də iştirak ediblər.

    Şəhid zabitimizin ruhuna dualar oxunub. Sonra şəhid zabit əsgərlərin yaylım atəşləri altında doğulduğu Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılıb.

    Şəhid zabitimizin üç övladı yadigar qalıb.

    Qeyd edək ki, Nəcməddin Akif oğlu Savalanov bu il aprelin 4-də Tərtər istiqamətində işğalçı ermənilərə qarşı döyüş əməliyyatları zamanı ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq 31 yaşlı kapitan mayın 8-də Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi