Yuxarı
    Bağlamaq

    Azərbaycanın işğal olunmuş ərazilərində Afrika vəbası yayılıb

    Bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Əsgəran rayonunun Naxçivanik kəndində yaşayan erməni icmasının təsərrüfatında saxlanılan donuzlar arasında Afrika vəbası yayılıb. 

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bir neçə gün ərzində iki təsərrüfatda 31 donuz ölüb.

    Qeyd edək ki, yüksək hərarət, dərinin göyərməsi, daxili orqanlarda qanaxma bu xəstəliyin əlamətləridir. Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.

    Bir neçə il bu xəstəlik Gürcüstan, Belarus və Ukraynada da kütləvi şəkildə yayılmışdı. 2017-ci ildə isə Rusiyanın Omsk, Tümen və Kalininqrad vilayətlərində qeydə alınıb.

    Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi