Azərbaycan XİN başçısı: "Vyana görüşünün Moskvadakı görüş kimi məhsuldar olacağına ümid edirəm"

Azərbaycan XİN başçısı: "Vyana görüşünün Moskvadakı görüş kimi məhsuldar olacağına ümid edirəm" "Gələn il seçkilərin keçirilməsi danışıqlar prosesini dayandırmağımız üçün səbəb deyil"
Qarabağ
30 Noyabr , 2017 13:14
Azərbaycan XİN başçısı: Vyana görüşünün Moskvadakı görüş kimi məhsuldar olacağına ümid edirəm
Report/ Elshan Baba

Bakı. 30 noyabr. REPORT.AZ/ "Dekabrın əvvəlində Vyanada keçiriləcək görüşün substantiv olacağını gözləyirik. Gələn il seçkilərin keçirilməsi danışıqlar prosesini dayandırmağımız üçün səbəb deyil".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.

O vurğulayıb ki, dekabrın 4-5-də Xəzəryanı ölkələrin XİN başçılarının görüşündə iştirak etmək üçün Moskvaya səfər edəcək, bundan sonra ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasına qatılmaq məqsədi ilə Vyanaya yollanacaq və orada həmsədrlərlə görüşəcək.

Nazir həmsədrlər və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla qarşıdakı görüşün Moskvada olduğu kimi, məhsuldar keçəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, E.Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edərək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi