Yuxarı

​Azərbaycan xarici işlər naziri: "ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək"

Vasitəçilərin regiona bu dəfəki səfəri Ermənistandan başlayacaq

Bakı. 10 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə Diplomatik xidmət işçilərinin peşə bayramı ilə əlaqədar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edən zaman Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

O, vasitəçilərin regiona səfərinin iyulun 20-də bu dəfə Ermənistandan başlayacağını qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi