Yuxarı
    Bağlamaq

    Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib

    Söhbət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin aparatının imkanlarının genişləndirilməsindən gedir

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

    “Report” xəbər verir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün yekununda Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatı (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparmaqla məşğuldur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi