Yuxarı

Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına və substantiv danışıqlara sadiqdir

Ermənistanın və onun işğalçı siyasətinin regionda sabitliyin və çiçəklənmənin təminatına maneə yaradır

Bakı. 13 aprel. REPORT.AZ/ Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına və substantiv danışıqlara sadiqdir.

"Report" "RİA Novosti" xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Biz münaqişənin sülh nizamlanmasına və substantiv danışıqlara sadiğik. Ancaq erməni tərəfi status-kvonun saxlanılmasına yönəldilmiş təxribatçı hərəkətlərini davam etdirir. Ermənistanın və onun işğalçı siyasətinin regionda sabitliyin və çiçəklənmənin təminatına maneə yaradır" - deyə Hikmət Hacıyev bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi