Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn olunublar - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn olunublar - FOTO - VİDEO - YENİLƏNİB ​Şəhidlər yaylım atəşləri altında son mənzilə yola salınıblar
Qarabağ
11 Aprel , 2016 16:23
Azərbaycan ordusunun şəhid olan hərbçiləri dəfn olunublar - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan hərbçisinin nəşi Kürdəmir rayonuna gətirilib. "Report"un məlumatına görə, cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olan Tural Qurbanov bu gün rayonun Sığırlı kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDK), Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, hərbçilər, millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Şəhidin ruhuna dualar oxunub, xatirəsinə yaylım atəşi açılıb.

Qeyd edək ki, 24 yaşlı Tural Qurbanov müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub. Şəhid Tural Qurbanov ailəli olub, iki övladı var.


***16:43

Bakı. 11 aprel. REPORT. AZ / Cəbhə xəttində şəhid olan Azərbaycan ordusunun zabiti İmişli rayonunda dəfn olunub.
“Report”un məlumatına görə, Tərtər rayonunun Borsunlu kəndi istiqamətində ermənilərin təxribatlarının qarşısını alan zaman həlak olan Silahlı Qüvvələrin zabiti, baş leytenant, 28 yaşlı Cavid Gülbaba oğlu Dədəkişiyevin cənazəsi ötən gün doğulduğu Qaralar kəndinə gətirilib. 

Bu gün keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), İmişli Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, şəhidin yaxınları və döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəhidin cənazəsi doğulduğu Qaralar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı atasına verilib.


*** 14:45

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Ordusunun şəhid olan giziri, 35 yaşlı Pəncəli Nurməmməd oğlu Teymurov bu gün doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.
"Report"un məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə 1999-cu ildən hərbi xidmətdə olan Pəncəli Teymurovun 2015-ci ildə ölkə Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunduğu bildirilib.


*** 13:42

Bakı. 11 aprel. REPORT.AZ/ Erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olan Azərbaycan ordusunun 27 yaşlı zabiti baş-leytenant Elnur İsgəndər oğlu İsgəndərov doğulduğu Şəki şəhərində böyük izdihamla torpağa tapşırılıb.

“Report”un məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, şəhər sakinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Şəki rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına Allahdan rəhmət diləyib, onun qanının yerdə qalmayacağını söyləyiblər.

Şəhidin dəfnindən sonra xatirəsinə yaylım atəşi açılıb və Azərbaycan bayrağı şəhidin atasına verilib.

Qeyd edək ki, şəhid baş-leytenant E.İsgəndərov ailəli olub və bir körpə övladı var.


*** 12:25

Bakı. 11 aprel. REPORT.AZ / Təmas xəttində erməni təxribatının qarşısını alan zaman həlak olan Azərbycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusunun (MAHHXHQ) nəşi Zaqatala rayonuna gətirilib.

"Report"un məlumatına görə, 23 yaşlı şəhid Sərxan Oqtay oğlu Bayramovun cənazəsi Zaqatala royanunda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin (MN),Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX ), Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhidin dəfninə gələn insanlar “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndiriblər. 

Şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim olunub.

Son xəbərlər

Orphus sistemi