Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn olunur - FOTO - VİDEO - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn olunur - FOTO - VİDEO - YENİLƏNİB Əhalidə vətənpərvərlik ruhu yüksək səviyyədədir
Qarabağ
3 Aprel , 2016 19:39
Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn olunur - FOTO - VİDEO - YENİLƏNİB

Bakı. 3 aprel. REPORT. AZ/ Erməni silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri dəfn olunub. "Report"un məlumatına görə, şəhid  Samir Kaçayev  bu gün Şamaxının Çuxuryurd kəndində dəfn olunub. 
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları iştirak edib.

Qeyd edək ki, Samir Ziyəddin oğlu Kaçayev 1994-cü ilin mart ayının 3-də dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. Ötən il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib və heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya qəbul olunan Samir hərbi xidmətə gedib. Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı aprelin 1-dən 2-nə keçən gecə qulluq etdiyi Tərtər rayonundakı “N” saylı hərbi hissədə şəhid olub.

***18:48

Bakı. 3 aprel. REPORT. AZ/ Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində gedən döyüşdə şəhid olan Sərvan Mehrəliyev dəfn olunub.

"Report"un xəbərinə görə, əslən Xocalıdan olan S.Mehralıyev Ağdamın Ballar kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyəti iştirak edib.

***14:29

Biləsuvar ərazisində yerləşən qaçqın şəhərciyində Azərbaycan ordusunun şəhid olan hərbçisi dəfn olunub. “Report”un məlumatına görə, ötən gün Cəbrayıl rayon sakini, 22 yaşlı hərbçi Ruhin Əsgər oğlu Qəhrəmanovun nəşi qəsbəyə gətirilib, şəhidin ruhuna dualar oxunub. Sonra cənazə 3 saylı qəsəbənin qəbristanlığında dəf olunub. 

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, ailə üzvləri, xidmət etdiyi hərbi hissənin komandirləri, əsgər yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak edib.

*** 13:50

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın şəhid olan daha bir əsgəri dəfn olunub. "Report"un məlumatına görə, düşmən həmləsini dəf edərkən 20 yaşlı Orxan Əliyev qəhrəmancasına həlak olub. Şəhidin cənazəsi Qazax rayonunun Aslanbəyli kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Qazax Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.


*** 13:34

Bakı. 3 aprel. REPORT.AZ/ Cəbəhənin Füzuli istiqamətində şəhid olan Azərbaycan ordusunun giziri dəfn olunub. "Report"un məlumatına görə, Nicat Bəhruz oğlu İsgəndərov Tərtər şəhər qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib.


*** 10:10

Bakı. 3 aprel. REPORT.AZ/ Erməni Silahlı Qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri dəfn olunub. "Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Rəvan İsmayıl oğlu Nurayev Zaqatala rayonun Muxax kəndində torpağa tapşırılıb.

Ailənin tək oğlu olan şəhid R.Nurayev 2015-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyət nümayəndələri iştirak edib. 

Dəfn mərasimində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan ordusunun cəbhə xəttində göstərdiyi sücayəti vurğulayıblar, əhalidə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu bildiriblər. 

Son xəbərlər

Orphus sistemi