Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 43 dəfə pozub
Qarabağ
18 Dekabr , 2016 10:00
Azərbaycan Ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub

Bakı. 18 dekabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Son xəbərlər

Orphus sistemi