Azərbaycan MN: Düşmən tərəfi növbəti dəfə hərbi əməliyyata əl atarsa, vuracağımız zərbə məhvedici olacaq

Azərbaycan MN: Düşmən tərəfi növbəti dəfə hərbi əməliyyata əl atarsa, vuracağımız zərbə məhvedici olacaq “Azərbaycan Respublikası Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır”
Qarabağ
17 Noyabr , 2014 16:40
Azərbaycan MN: Düşmən tərəfi növbəti dəfə hərbi əməliyyata əl atarsa, vuracağımız zərbə məhvedici olacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ “Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir”.

“Report”un xəbərinə görə, bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.

Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa, Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək”.

Son xəbərlər

Orphus sistemi