Bakı. 2 sentyabr. REPORT.AZ/ "Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".