Avropa Şurasının Nazirlər Komitəsinin sədri: "Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail olmalıyıq"

Avropa Şurasının Nazirlər Komitəsinin sədri: "Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail olmalıyıq" ATƏT-in Minsk qrupunun səylərinin tezliklə müsbət nəticələr verəcəyinə ümidvaram"
Qarabağ
23 Yanvar , 2018 19:49
Avropa Şurasının Nazirlər Komitəsinin sədri: Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə nail olmalıyıq

Paris. 23 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsinə nail olmalıyıq". 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarkanın xarici işlər naziri Anders Samuelsen Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynovun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, vətəndaşların Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən zərər çəkməsi təəssüf doğurur: "Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və bu münaqişənin sülh yolu ilə nizamlanması çox vacibdir. Mən bu istiqamətdə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirəm. Çünki ATƏT-in Minsk Qrupu çərçivəsində müntəzəm görüşlər keçirilir. Ona görə də bu səylərin tezliklə müsbət nəticələr verəcəyinə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümidvaram".

Son xəbərlər

Orphus sistemi