Avropa İttifaqının xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Avropa İttifaqının xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Toyvo Klaar Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb
Qarabağ
23 fevral 2018 15:26
Avropa İttifaqının xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Bakı. 23 fevral. REPORT.AZ/ “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və təkliflərini dəstəkləyir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar fevralın 23-də Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə vurğulayıb.

Məlumata görə, görüş iştirakçıları Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla tənzimlənməsi prosesini müzakirə ediblər.

Orphus sistemi