Yuxarı
    Bağlamaq

    Bu gün ATƏT-in XİN rəhbərlərinin sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

    Görüşdə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı gözlənilir

    Bakı. 01 sentyabr. REPORT.AZ/ Bu gün Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

    "Report" xəbər verir ki, sammitdə əsas müzakirə mövzularının təhlükəsizlik məsələləri, o cümlədən silahlanma üzərində nəzarət və terrorçuluqla mübarizə, ATƏT-in XİN rəhbərlərinin 2016-cı ilin dekabrında Hamburqda keçiriləcək görüşünə hazırlıq, həmçinin Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacağı gözlənilir.

    Nazirlərin qeyri-rəsmi görüşünün keçirilməsi təşəbbüsü ilə hazırda ATƏT-ə sədrlik edən Almaniya çıxış edib. Bu tədbir ənənəvi deyil, adətən nazirlər ildə bir dəfə – dekabrda bir araya gəlirlər. Əvvəl belə qeyri-rəsmi görüş 2010-cu ildə - Qazaxıstanın quruma sədrliyi dövründə keçirilib.

    Görüş nazirlər səviyyəsində nəzərdə tutulsa da, Rusiya nazir müavini Aleksey Meşkov, ABŞ dövlət katibinin müavini Entoni Blinken ilə təmsil olunacaq. Almaniya sədrliyi iştirakçıların tam siyahısını təqdim etməyib. Lakin müvafiq ölkələrin xarici siyasət idarələrinin məlumatına əsasən, Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, həmçinin Ukraynanın XİN başçısı Pavel Klimkinin görüşdə iştirakı gözlənilir.

    Danışıqlar Bakı vaxtı ilə 14:30-da başlanacaq və Potsdamın "Dorint" otelində keçiriləcək. Görüşün yekununda Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer mətbuat konfransı keçirəcək. Həmçinin sammit iştirakçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi