Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar

    Vasitəçilər: Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər

    Bakı. 7 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ) və Stefan Viskonti (Fransa) regiona səfərinin yükunlarına dair bəyanat yayıblar.

    "Report"un məlumatına görə, bəyanatda qeyd olunub ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq və onun gündəliyinin hazırlanması olub.

    "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər. Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər", - vasitəçilərin bəyanatında deyilir.

    Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, 7-də isə Bakıda görüşlər keçiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi