Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri fevralda regiona səfər edəcəklər

    Səfər ayın əvvəlinə nəzərdə tutulub

    Bakı. 18 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

    “Report” xəbər verir ki, bunu Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

    "Krakovda keçirilən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi