Yuxarı
    Bağlamaq

    ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər

    Edvard Nalbandyan: “Ehtiyac olarsa, uyğun hazırlıqdan sonra XİN başçıları və prezidentlərin görüşü keçirilə bilər”

    Bakı. 30 may. REPORT.AZ/ “ATƏT-in Minsk qrupunun həmsədləri yaxın 10 gün ərzində Yerevana və Xankəndinə səfər edəcəklər”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in baş katibi Lamberto Zanyerlə birlikdə Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.

    “On gündən sonra həmsədrlərin səfər edəcəyini gözləyirik. Onlar Ermənistana və Qarabağa səfər edəcəklər. Ehtiyac olarsa, uyğun hazırlıqdan sonra XİN başçıları və prezidentlərin də görüşü keçirilə bilər”, - E.Nalbandyan vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi