Yuxarı

​ATƏT-in Minsk qrupunun həmsədrləri Yerevandadır

Diplomatlar oktyabrın 27-də Bakıya gələcəklər

Bakı. 26 oktyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlikin (ABŞ), Pyer Andrienin (Fransa) və İqor Popovun Ermənistana səfəri başlayıb. 

"Report" xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

Həmsədrlər Ermənistan prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.

Həmsədrlərin səfərdə məqsədi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə baş çəkmək, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın bu ilin sonunadək görüşünü təşkil etməkdir.

Diplomatlar oktyabrın 27-də Bakıya gələcəklər.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik bu il sentyabrın 24-də BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi